Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Azərbaycan Şahmat Federasiyasında (AŞF) qadın şahmatçılardan ibarət millinin üzvləri ilə görüş keçirilib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov Hindistanda baş tutan Ümumdünya Şahmat Olimpiadası və Çexiyadakı şəxsi Avropa çempionatının yekun nəticəsi barədə danışıb.

O, olimpiadada qadın şahmatçıların əzmkar mübarizə sərgilədiyini söyləyib: "Son turadək çempionluq şansı var idi. Millimizin mükafatçılardan kənarda qalması ədalətsiz nəticə oldu. Amma şahmatçılarımız gələcəkdə bizi böyük qələbələrə sevindirməyə hazır olduqlarını göstərdi. Avropa çempionatında qazanılan medalları şahmatçılarımızın yüksək ustalığının və gərgin əməyinin nəticəsi kimi qiymətləndirirəm. Günay Məmmədzadə çempionluğa çox yaxın oldu, sonda gümüş medalla kifayətləndi. Ülviyyə Fətəliyeva Vətənə bürünc medalla qayıtdı. Bu nəticələr gələcəyə ümidlə baxmağa imkan verir. Hiss olunur ki, millimiz böyük qələbə ərəfəsindədir. Dövlətimiz daim şahmatçılara böyük diqqət göstərir. Federasiya olaraq qadın şahmatçılarımıza gələcəkdə də lazımi şəraiti yaratmağa çalışacayıq. Eyni zamanda mühüm əhəmiyyət kəsb edən turnirlərdə iştirakınız, məşqçi heyəti ilə hazırlığınız təmin olunacaq".

AŞF-nin I vitse-prezidenti Faiq Həsənov qadın şahmatçıların uğurunu təlim-məşq toplanışlarında aparılan yüksək hazırlığın nəticəsi kimi dəyərləndirib: “Olimpiadada qızlarımız heç bir rəqibdən çəkinmirdi. İddialı komandalara qarşı layiqli mübarizə aparmaqla böyük təcrübə göstərdilər. İndiyədək heç vaxt qadın yığmamız bu səviyyədə hazırlıq keçməyib. Uğurlar yüksək hazırlığın nəticəsidir. İnanıram ki, növbəti olimpiadada qadın yığmamız ilk üçlükdə yer alacaq".

Qadın şahmatçılardan ibarət millinin kapitanı Nicat Məmmədov olimpiadada medal qazana bilmədiklərinə görə məyus olduqlarını bildirib: “Hindistanda ilk turlarda medal qazanmaq uğrunda iddiamızı göstərməyə çalışdıq. Ümumilikdə oyunumuzu yaxşı qiymətləndirmək olar. Fikrimcə millidəki hər bir şahmatçı üzərində çalışmağı davam etdirməlidi. Milli üzvləri inkişafını artırmalıdır”.

Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür edib: “Yarışlar ərəfəsində yaxşı hazırlıq keçdik. Hiss olunur ki, komandamıza inanırlar. Bu, bizə əlavə güc verir. Dəstəyə görə federasiya rəhbərliyi, məşqçi heyətinə çox sağ ol deyirəm".

Qitə çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə gələcəkdə daha güclü məşqçi heyəti ilə çalışmaq istədiklərini söyləyib: "Milli komanda olaraq inkişaf etmək istəyiriksə məşqlər davam etməlidir. Gələcəkdə daha güclü məşqçi heyəti ilə işləmək istəyərdik".

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir