Azərbaycan millisinin futzalçısı: "İşimiz çətin olacaq"

Azərbaycan millisinin futzalçısı: "İşimiz çətin olacaq"

“İşimiz çətin olacaq, ancaq yaxşı şansımızın olduğunu da deyə bilərəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

36 yaşlı oyunçu nisbətən Qazaxıstan yığmasını favorit hesab etdiyini bildirib: "Onların son illərdə daha yaxşı çıxış etdiklərini nəzərə almaq lazımdır. Rumıniya seçməsi ilə qarşılaşmasaq da, klub səviyyəsində "Araz-Naxçıvan"ın heyətində onların çempionu olmuş “Deva” ilə üz-üzə gəlmişdik. Məğlub olduğumuz qarşılaşma çox çətin keçmişdi. Niderland isə 1 il əvvəl Avropa çempionatına ev sahibliyi etməklə yanaşı, iştirak etmək hüququ da qazanmışdı. Güclü rəqibdir. Ancaq indiyəqədərki nəticələrə, iştirak etdikləri turnirlərə diqqət yetirsək, Qazaxıstan qədər deyillər".

Bolinya qatıldıqları turnirlərdə favorit hesab olunduqlarını sözlərinə əlavə edib: "Biz də yaxşı oynayırıq. Təbii ki, sözlə heç nə həll olunmur. İddian böyükdürsə və ona çatmaq istəyirsənsə, yaxşı hazırlaşmalısan, bir neçə toplanış keçirməlisən, yoldaşlıq oyunlarında gücünü sınamalısan və rəsmi oyunlara qədər hansı çatışmazlıqların varsa, onları qaydasına salmalısan. Komandamızın əksər üzvü başqa klublarda, çempionatlarda çıxış edir, fərqli üslubda oynayırlar. Bir yerdə daha çox məşq etməliyik ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək, istədiyini özünə qaytaraq. Yenə deyirəm, nəticəmiz yaxşı ola bilər. Çünki komanda yoldaşlarıma güvənirəm. Vacib olan evdə keçirəcəyimiz hər 3 oyunda qələbə qazanmaq, səfər matçlarında isə mümkün qədər çox xal toplamaqdır”.

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​