"Əziz Şuşa"da dördüncü mərhələnin qalibi: "İndidən sabahkı şah yarışını düşünürəm"

"Əziz Şuşa"da dördüncü mərhələnin qalibi: "İndidən sabahkı şah yarışını düşünürəm"

"İndidən sabahkı şah mərhələsini düşünürəm".

"Report"un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsinin qalibi olan Alessandro Monako mətbuat konfransında deyib.

Gəncə-Göygöl marşrutu üzrə 102,9 km qət edərək finiş xəttinə birinci çatan italiyalı velosipedçi buna görə şad olduğunu bildirib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Gözəl gün keçdi. Çünki komandamızın iki üzvü ilk iki sırada oldu".

Dörd mərhələdən sonra ümumi yarışda liderliyini qoruyan Monakonun komanda yoldaşı Emanuele Ansolini sarı formanı özündə saxladığı üçün xoşbəxt olduğunu vurğulayıb: “Bu gün finişə ikinci yerdə çatdığım üçün razıyam. Üstəlik, komanda yoldaşım birinci yeri tutdu. Sabahkı son mərhələyə də ciddi hazırlaşacağıq. Çünki ümumi turnirin də qalibi olmaq istəyirəm”.

Yarışın direktoru Roland Hofer isə mərhələnin maraqlı mübarizə şəraitində alındığını söyləyib: “Yarış başlayandan bəzi velosipedçilər hücuma atılmağa başladılar. Hətta 5 nəfərdən ibarət velosipedçi önə keçdi. Onların digərləri ilə aradakı məsafələri 4 dəqiqə oldu. 14 nömrəli idmançı uzun müddət lider kimi mübarizəni davam etdirdi. Ancaq sonradan digərləri ona çatdılar. Bu gün yarışı cəmi bir velosipedçi dayandırdı. Sabahkı yarış olan Şuşa mərhələsini səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır