“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi: “Azərbaycandakı turnir mənə böyük təkan verəcək”

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi: “Azərbaycandakı turnir mənə böyük təkan verəcək”

“Azərbaycandakı turnir mənə böyük təkan verəcək”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibi Emanuele Ansaloni mətbuat konfransında deyib.

Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafə qət edərək finiş xəttinə birinci çatan, eyni zamanda, ümumi turnirin qalibi olaraq, sarı formanı özündə saxlayan italiyalı velosipedçi təəssüratlarını bölüşüb: “Bu yarış mənim üçün çox vacib idi. İki dəfə qalib olduğum üçün xoşbəxtəm. Bu gün həm mərhələnin, həm də ümumi turnirin qalibi oldum. Komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm. Kürsüdə oturmağımda onlar böyük rol oynadılar. Təşkilat Komitəsinə də minnətdaram. Çünki turnir mükəmməl təşkil olunmuşdu. Bundan sonra İtaliya çempionatına hazırlaşacağam. Ardından Rumıniya turu barədə düşünəcəyəm”.

Növbəti dəfə ən yaxşı dağ velosipedçisi adına yiyələnərək, qırmızı formanı özündə saxlayan Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov buna görə Beyləqan camaatına təşəkkür edib: “Dünən demişdim ki, qırmızı forma üçün sona qədər mübarizə aparacağam. Beyləqanda bizə böyük dəstək var idi. Bu, mənə əlavə enerji verdi. Bu dəstək ayaqlarımda, bədənimdə ağrı olması barədə düşünməyimə imkan vermədi. Bu formaya yiyələnmək istəyən bir neçə velosipedçi var idi. Amma mən də taktiki gedişlər etdim, marşrut boyu 15 dəfə hücuma keçdim. Finiş mənim üçün 96 km idi. Yolboyu dua edirdim bu forma məndə qalsın”.

Turnirin ən yaxşı gənc velosipedçisi kimi ağ forma alan Qazaxıstanın “Astana” klubunun üzvü Remxi Rudolf turnirin çox çətin alındığını etiraf edib: “Öz nəticəmdən də çox razıyam. Komandam bunun üçün mənə çox köməklik göstərdi. Bundan sonrakı planım Qazaxıstan çempionatına hazırlaşmaq və ardından Çindəki turnirdə çıxış etməkdir”.

Yarışın direktoru Roland Hofer “Əziz Şuşa” yarışının uğurla təşkil olunduğunu söyləyib: “Bugünkü mərhələmiz velosipedçilər üçün çox çətin və bizim üçün həyəcanlı oldu. Yarış gərgin başladı, startda liderlər yaransa da, sonradan digərləri onlara çatdılar. İştirakçılar yoxuşun çox olduğunu bildirdilər. Turnirin belə gözəl təşkilinə görə çox şadam. Komanda olaraq çox gözəl iş gördük. Xüsusən də, yol örtükləri velosiped üçün ideal idi. Heç kimin qəza törətməməsi sevindirici hal oldu. Sabahdan etibarən növbəti ilin yarışına hazırlaşacağıq”.

Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva xaricdən gələn qonaqların təşkilatçılıqdan razı qaldıqlarını açıqlayıb: “Şükürlər olsun ki, beş mərhələdən ibarət yarışımız qəzasız-bəlasız bitdi. İdmançılar, qonaqlar razı qaldılar. Bakıda başlayan yarış Şuşada yekunlaşdı. Qonaqlar ölkəmizdən, təşkilatçılıqdan məmnun qaldılar. Ümid edirik ki, gələn il də onları burada görərik”.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq