Murad Musayev: "Sabah"a gələndə komandanın nə oyun üslubu, nə də fəlsəfəsi var idi"

Murad Musayev: "Sabah"a gələndə komandanın nə oyun üslubu, nə də fəlsəfəsi var idi"

"Buraya gələndə komandanın nə oyun üslubu, nə də fəlsəfəsi var idi".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Sport24.ru" saytına müsahibəsində deyib.

Rusiyalı mütəxəssis bildirib ki, Bakı klubu ilə medal qazanmaq asan olmayıb: "Komanda aşağı sıralarda gedirdi, hər şeyə yenidən başladım. Üslub, fəlsəfə yox idi. Klub gəncdir, onun başqalarından fərqlənməsi vacibdir. "Sabah" rəhbərliyi kimi dəvət etdiyini, mənim necə futbol oynatdığımı bilirdi. Beşli müdafiə mənlik deyil. Oyunun strukturunu tamamilə dəyişdik. Əminliklə deyə bilərik ki, indi "Sabah"ın Azərbaycanda bənzərsiz oyun üslubu var".

Azərbaycanda futbolunun səviyyəsinə də toxunan 40 yaşlı mütəxəssis "Qarabağ"ı fərqləndirib: "Ən parlaq oyunu bu komanda sərgiləyir. 15 milyonluq heyəti var və avrokuboklarda kifayət qədər yaxşı oynayırlar. "Ferentsvaroş", "Sürix", "Nant", "Olimpiakos" üzərində qələbə qazanıblar. Az qala "Gent"i də keçəcəkdilər. İlk görüşdə 1:0 hesabı ilə qalib gəldilər. Cavab matçında penaltilər seriyasında uduzdular. Təəccüblü deyil ki, Talalayev, Kaleşin kimi məşqçilər Qurban Qurbanovun yanında təcrübə keçmək istədiklərini deyirlər. Qurbanovla çox yaxşı münasibətimiz var. İndi rəqib olduğumuz üçün ondan nəsə öyrənməyim mümkün deyil. Gələcəkdə böyük məmnuniyyətlə onun işini görmək istərdim".

O, yerli klubların daha çox İspaniya Sequndası və Portuqaliya çempionatından futbolçu aldıqlarını vurğulayıb: "Oyunçuların səviyyəsi yaxşıdır, lakin maliyyə tələbləri aşağıdır. Rusiyadan bura Azərbaycan əsilli gənclər gəlirlər. "Sabah"a gəlmək üçün futbolçu dostlarımdan müraciətlər olmuşdu. Amma müxtəlif səbəblərdən razılaşa bilmədik. Klubun müəyyən strukturu var. İlk olaraq futbolçuya seleksiya şöbəsi baxır, sonra rəhbərlik maliyyə tərəfini müzakirə edir. Hər şey üst-üstə düşərsə, onlara məşqçilər korpusu baxıb son qərarı verir. Mən bu prosedurdan yan keçmək, futbolçularımı məcbur etmək istəmirəm".

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Futbol
Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Futbol
"Sabah"ın baş məşqçisi Azərbaycan və Rusiya millilərinin üz-üzə gəlməsini istəyir

"Sabah"ın baş məşqçisi Azərbaycan və Rusiya millilərinin üz-üzə gəlməsini istəyir

Futbol
"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb