Azər Məmmədov: "Bu şərəfli işi mənə havalə etdiyi üçün klub rəhbərliyinə minnətdaram"

Azər Məmmədov: "Bu şərəfli işi mənə havalə etdiyi üçün klub rəhbərliyinə minnətdaram"

"Bu məsuliyyətli və şərəfli işi mənə havalə etdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu "Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədov təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis ümidləri doğruldacağına inamını ifadə edib: "Kəpəz"in tarixi, adı var. Gəncə futboluna da məhz iddialı komanda yaraşır. İşlərimizi sağlam və şəffaf şəkildə görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək".

O, komandanın büdcəyə uyğun formalaşdırılacağını söyləyib: "Biz də daha səviyyəli futbolçuların alınmasını istərdik. İnanırıq ki, "Kəpəz"ə sponsorluq etmək istəyən gəncəlilər tapılacaq. Özü getmək istəyən futbolçuları saxlamağa ehtiyac yoxdur. Biri də var ki, kimlərəsə artıq pul təklif olunur, onlar da bundan istifadə edirlər. Düzdür, yaxşı futbolçuların gedişinə təəssüflənirik. Amma həyatın sonu deyil. Gedənlərin yerlərini dolduracağıq. Bu mövsüm mümkün qədər yuxarı pillələri tutmağa çalışacağıq".

Məmmədovun sözlərinə görə, komandada hər mövqeyə oyunçu lazımdır: "Danışıq apardığımız futbolçular var. Əlimizdəki büdcə ilə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdir ki, burada futbolçu öz-özünə yetişir. Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq".

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"