Çingiz Hüseynzadə: "Avropa Oyunlarında ilk "10-luğ"a düşməyə əsas namizədlərdənik"

Çingiz Hüseynzadə: "Avropa Oyunlarında ilk "10-luğ"a düşməyə əsas namizədlərdənik"

"Azərbaycan millisi, həmişəki kimi, ilk "10-luğ"a düşməyə əsas namizədlərdəndir. Biz buna layiqik".

"QELEBE.AZ"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Polşada təşkil olunacaq III Avropa Oyunları barədə danışarkən deyib.

O, yarışla bağlı proqnoz verməyin çətin olduğunu bildirib: "Fikir vermisinizsə, turnirin proqramına salınan idman növləri bizim üçün uğurlu olmayanlardır. Cüdoçularımız ancaq komanda şəklində orada çıxış edəcəklər. Əsas idman növlərimiz Polşada təmsil olunmayacaq".

Vitse-prezidentin sözlərinə görə, idmanın kütləviləşdirilməsi üçün bütün vasitələrdən istifadə olunmalıdır: "Maarifləndirmə də burada öz rolunu oynayır. Bu, həm də təbliğatdır. İdmanın buna böyük ehtiyacı var. İnsanlar öz qəhrəmanlarını tanımalıdır. O zaman ailədə uşağı idmana aparırlar ki, onların gözü qarşısında hansısa idmançı böyük nəticə əldə edir. Uğur qazanan idmançıya bənzəmək istəyən uşaqlar gələcəkdə böyük nəticələr göstərə bilirlər".

Çingiz Hüseynzadə üç şirkətlə müqavilə imzalamalarına da toxunub: "Bu tərəfdaşlıq MOK üçün böyük əhəmiyyət kəsb edir. Çünki tək əldən səs çıxmır. Hər zaman tərəfdaşlar, dəstəkləyən insanlar olmalıdır. Olimpiya Hərəkatı qeyri-dövlət hərəkatıdır. İctimai hərəkatın əsasında məhz sponsorlar və tərədaşlar dayanır. Onların köməyi ilə bu hərəkat belə böyük qüvvəyə sahib olur. Tərəfdaşlarımız arasında Beynəlxalq Olimpiya Komitəsinin sponsorları da var. Onlar bütün dünyada idmanın inkişafına xidmət edirlər. Visa məhz belə şirkətlərdən biridir".

Qeyd edək ki, III Avropa oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib