Şuşadakı beynəlxalq basketbol turnirində ilk günə yekun vurulub - YENİLƏNİB-11

Şuşadakı beynəlxalq basketbol turnirində ilk günə yekun vurulub - YENİLƏNİB-11

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk günə yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan millisi qrupdakı sonuncu matçda Niderland yığmasına 9:21 hesabı ilə uduzub.

A və B qrupunun nəticələrindən sonra "Neftçi" klubu və Niderland seçməsi yarımfinala adlayıb.

Macarıstan kollektivi 1/4 finalda Rumıniya ilə, Almaniya yığması isə Yaponiyanın G FLOU klubu ilə görüşəcək.

Qeyd edək ki, Şuşadakı basketbol turniri iyunun 13-də başa çatacaq.

18:04

“Neftçi” 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində yarımfinala vəsiqə qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan Bakı təmsilçisi Almaniya yığmasını üstələyib.

Son oyununda 16:14 hesabı ilə qalib gələn “Neftçi” qrupda birinci yeri tutaraq, yarımfinala adlayıb.

17:35

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir görüş oynanılıb.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda Macarıstan millisi Yaponiyanın G FLOU klubunu sınağa çəkib.

Qarşılaşma Avropa təmsilçisinin 21:10 hesablı qələbəsi ilə yekunlaşıb.

17:13

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Türkiyə millisi A qrupundakı sonuncu matçında Rumıniya kollektivinə uduzub - 18:19.

Qeyd edək ki, "ay-ulduzlular" əvvəlki görüşlərdə Almaniya seçməsinə və "Neftçi"yə məğlub olublar.

16:51

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda Niderland yığması Macarıstana 20:14 hesabı ilə qalib gəlib.

16:11

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

"QELEBE.AZ" verir ki, A qrupunda yer alan Almaniya millisi Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşma almaniyalıların 21:15 hesablı qələbəsi ilə yekunlaşıb.

15:42

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi Yaponiyanın G FLOU klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb. Yığma daha əvvəl Macarıstana eyni hesabla yenilib.

15:13

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, A qrupunda yer alan "Neftçi" klubu ikinci matçında Türkiyə yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 21:7 hesablı qələbəsi ilə başa çatıb.

14:50

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb.

14:25

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, A qrupunda yer alan "Neftçi" klubu Rumıniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 20:11 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Macarıstan kollektivi ilə qarşılaşacaq.

14:00

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda Niderland yığması Yaponiyanın G FLOU klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Avropa təmsilçisinin 15:9 hesablı qələbəsi ilə bitib. A qrupundakı ilk görüşdə Almaniya Türkiyə seçməsini 17:9 hesabı ilə üstələmişdi.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

13:42

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, turnirin ilk oyununda A qrupunda Almaniya və Türkiyə komandaları üz-üzə gəliblər.

Qarşılaşma Almaniya millisinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da izləyib.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub