Azərbaycanın iki klubu PSJ-nin yetirməsinə təklif göndərib

Azərbaycanın iki klubu PSJ-nin yetirməsinə təklif göndərib

"Neftçi" və "Sabah" Rusiyanın "Soçi" komandasının futbolçusu Musa Sissakoya təklif göndərib.

"QELEBE.AZ" "Legalbet"ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

İddiaya görə, Murad Musayevin baş məşqçi olduğu klub Mali millisinin üzvü ilə anlaşa bilməyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 000 avro məvacib tələb edən Sissako 200 000 avroluq təklifi qəbul etməyib.

"Neftçi" tərəfi isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. "Ağ-qaralar" futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir. Kapitan Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi yarımmüdafiəçi ilə daha çox maraqlanır.

Qeyd edək ki, Fransanın PSJ komandasının yetirməsi olan Musa Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında da çıxış edib. Ötən mövsüm Rusiya təmsilçisinin heyətində 15 oyuna 1 qol vuran futbolçunun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

Futbol
Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

Futbol
Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər