"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

"Neftçi"nin sabiq futbolçusu Vyaçeslav Semiqlazov 1971-ci ildə Rostov-Don şəhərində SKA komandasına 1:3 hesabı ilə uduzduqları SSRİ çempionatının XX tur oyunundan sonra intihara cəhd edib.

"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın keçmiş hücumçusu Vitali Şevçenko "Sport-Express" nəşrinə açıqlama verib.

Veteran forvardın sözlərinə görə, buna Semiqlazovun sözügedən qarşılaşmada baş verən insident üzündən diskvalifikasiya alması səbəb olub: "O, uzunmüddətli cəzasını yenicə başa vurmuşdu. Buna görə, qərar futbolçuya pis təsir etmişdi. Spirtli içki qəbul etdikdən sonra qazı açıb. Ardınca isə siqarəti yandıraraq özünü partlatmaq istəyib. Xoşbəxtlikdən faciənin qarşısı vaxtında alındı və onu xilas etdilər".

Vyaçeslav Semiqlazov 1960 - 1961 və 1965 - 1972-ci illərdə "Neftçi"nin formasını geyinib.

Qeyd edək ki, SKA - "Neftçi" oyunu zamanı hakimlər qonaqların əleyhinə bir neçə mübahisəli qərar qəbul ediblər. Meydan sahiblərinin ofsayddan vurduğu 2-ci qoldan sonra Bakı klubunun qapıçısı Sergey Kramarenko referini vurub və meydandan qovulub. Daha sonra insidentə "Neftçi"nin digər futbolçuları qarışıblar. Nəticədə Vyaçeslav Semiqlazovla yanaşı, daha bir neçə oyunçu diskvalifikasiya olunub.

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib