Qelebə.az / Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırılıb

Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırılıb

16-06-2023, 13:25

Misli Premyer Liqasında komanda sayı artırılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlama verib.

Onun sözlərinə görə, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.

Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.

Geri qayıt