Azərbaycanın iki qadın karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
"Report"un Polşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova B qrupundakı üç qarşılaşmanın ikisində məğlub olub.
İvet Qoranova (Bolqarıstan) və Cennifer Varninqə (Lüksemburq) uduzan idmançı Mariya Kernerə (Polşa) qalib gəlsə də, yarımfinala yüksələ bilməyib.
50 kq-dakı Fidan Teymurova A qrupunda Şara Vinnidin Hubrixi (Almaniya) üstələsə də, Serab Özçelik (Türkiyə) və Erminiya Perfetto (İtaliya) ilə bacarmayıb.
Qeyd edək ki, bu gün kişi karateçilərdən Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) də çıxış edir.