Qelebə.az / Avropa Oyunları: Azərbaycan taekvondoçusu növbəti mərhələyə yüksəlib

Avropa Oyunları: Azərbaycan taekvondoçusu növbəti mərhələyə yüksəlib

23-06-2023, 12:19

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

"Report"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Dadaşov 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu gün Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaq.

Geri qayıt