Qelebə.az / "Neftçi"nin sabiq qapıçısı vəfat edib

"Neftçi"nin sabiq qapıçısı vəfat edib

23-06-2023, 11:31

"Neftçi" klubunun rusiyalı sabiq futbolçusu Yuri Pereskokov dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş qapıçı 60 yaşında vəfat edib.

Qeyd edək ki, Yuri Pereskokov 1987-ci ildə Bakı təmsilçisinin formasını geyinib. O, son olaraq 2021-ci ildə ölkəsində "Arsenal" (Tula) klubunda qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirib. Pereskokov 2003-2007-ci illərdə Moskva "Spartak"ında da işləyib.

Geri qayıt