Qelebə.az / "Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

23-06-2023, 14:07

İspaniyanın "Real Madrid" klubu daha bir futbolçusu Dani Sebalyosun müqaviləsinin müddətini uzadıb.

"QELEBE.AZ" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Dani Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Kral klubu" daha əvvəl Toni Kroos və Naço Fernandeslə də müqaviləsinin müddətini artırıb.

Geri qayıt