Qelebə.az / "Çelsi"nin daha bir futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

"Çelsi"nin daha bir futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

24-06-2023, 17:17

İngiltərənin "Çelsi" klubunun futbolçusu Kalidu Kulibali karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Report" "Taggat" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi "Əl-Hilal" klubunda tibbi müayinədən keçib.

Qeyd edək ki, seneqallı oyunçu 2022-ci ildə İtaliya "Napoli"sindən London təmsilçisinə transfer olunub.

O, ötən mövsüm "zadəganlar"ın heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl "Çelsi"nin digər üzvlərindən Hakim Ziyeş “Əl-Nəsr”ə, Eduard Mendi "Əl-Əhli"yə, N Qolo Kante isə “Əl-İttihad"a keçib.

Geri qayıt