Qelebə.az / Belçika millisinin sabiq futbolçusu ürəktutmasından vəfat edib

Belçika millisinin sabiq futbolçusu ürəktutmasından vəfat edib

24-06-2023, 21:25

Belçika millisinin sabiq futbolçusu Sedrik Russel vəfat edib.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu 45 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Belçikanın əsas yığmasında 3 oyun keçirmiş forvard karyerası ərzində ölkəsinin "Gent", "Genk", "Zulte Varegem", İngiltərənin "Vulverhempton" və İtaliyanın "Breşiya" klublarında da çıxış edib.

Geri qayıt