Qelebə.az / Azərbaycanlı hakim Avropa Oyunları zamanı yaşanmış anlaşılmazlığa aydınlıq gətirib

Azərbaycanlı hakim Avropa Oyunları zamanı yaşanmış anlaşılmazlığa aydınlıq gətirib

26-06-2023, 19:33

"71 kq çəki dərəcəsində çıxış edən Məhəbbət Hümbətovun görüşü zamanı sistemdə səhvən mənim adım göstərilib"

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Beynəlxalq Muaytay Federasiyasının hakimi Fərid Qarayev deyib.

Referi yan hakimlərin Birləşmiş Ərəb Əmirlikləri, İsveç və Almaniya təmsilçiləri olduğunu diqqətə çatdırıb: "Məndən savayı polşalı ədalət təmsilçisi də qeyd olunmuşdu. Halbuki beynəlxalq federasiyanın qaydalarına əsasən hakim rinqdəki idmançının həmyerlisi ola bilməz. III Avropa Oyunlarının sistemində də yalnış göstərilmişdi. Mən o qarşılaşmada iştirak etməmişəm".

Qeyd edək ki, Fərid Qarayev Məhəbbət Hümbətovun məğlub olduğu 1/4 final qarşılaşmasında yalnışlıqla yan xətt hakimi qismində göstərilib.

Geri qayıt