Azərbaycan qılıncoynadanı Kənan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/64 final mərhəəsində Estoniya təmsilçisi Ruslan Eskova 13:15 hesabı ilə uduzub.
Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.
Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşəcək.