Qelebə.az / III Avropa Oyunları: Azərbaycan badmintonçusu növbəti qələbəsini qazanıb

III Avropa Oyunları: Azərbaycan badmintonçusu növbəti qələbəsini qazanıb

27-06-2023, 13:33

Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.

Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, badminton idman növü Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır və dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.

Geri qayıt