Qelebə.az / Avropa Oyunları: Azərbaycanın kişi qılıncoynadanları məğlub olub - YENİLƏNİB - 2

Avropa Oyunları: Azərbaycanın kişi qılıncoynadanları məğlub olub - YENİLƏNİB - 2

27-06-2023, 15:14

Azərbaycan qılıncoynadanı Ruslan Həsənov Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, şpaqa növündə çıxış edən idmançı 1/32 final mərhələsində İsveç təmsilçisi Hadrien Favreyə uduzub - 14:15.

Beləliklə, bu gün yarışa qoşulan üç qılıncoynadanın hər biri medal şansını itirib.

13:25

Azərbaycan qılıncoynadanı Kənan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/64 final mərhələsində Estoniya təmsilçisi Ruslan Eskova 13:15 hesabı ilə uduzub.

12:54

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşəcək.

Geri qayıt