Qelebə.az / III Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurub

III Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurub

27-06-2023, 15:54

Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"QELEBE.AZ"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan idmançısı 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.

Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.

Geri qayıt