Qelebə.az / Avropa Oyunları: Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyaya məğlub olub

Avropa Oyunları: Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyaya məğlub olub

28-06-2023, 19:02

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, A qrupundakı ilk matçında Polşaya 2:7 hesabı ilə məğlub olan yığma bu dəfə Portuqaliyaya uduzub – 2:5.

Halbuki görüşdə hesabı 6-cı dəqiqədə Orxan Məmmədov açıb. Üstünlüyünü qoruya bilməyən milli meydanı məğlub tərk edib. Yığmanın heyətində ikinci topa da 31-ci dəqiqədə Orxan Məmmədov imza atıb.

Azərbaycan millisi qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.

Geri qayıt