Qelebə.az / Avropa Oyunları: Ruslan Lunyov təsnifat mərhələsinin ilk günündə 6-cı yeri tutub

Avropa Oyunları: Ruslan Lunyov təsnifat mərhələsinin ilk günündə 6-cı yeri tutub

29-06-2023, 14:07

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.

“QELEBE.AZ”un məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.

Snayper 300 mümkün xaldan 292-ni toplayıb.

Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.

Geri qayıt