Qelebə.az / Avropa Oyunları: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi 1/4 finala çıxıb

Avropa Oyunları: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi 1/4 finala çıxıb

30-06-2023, 14:05

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında 1/8 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada Rumıniya yığması ilə üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanan Azərbaycan 1/4 finala vəsiqə əldə edib.

Milli komanda yarımfinala gedən yolda İtaliya seçmə kollektivi ilə qarşılaşacaq.

Geri qayıt