Qelebə.az / Avropa Oyunları: Azərbaycanın cüdo yığması Fransaya uduzub - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycanın cüdo yığması Fransaya uduzub - YENİLƏNİB

1-07-2023, 13:43

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarınada mübarizəni dayandırıb.

"Report"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarının 1/8 finalında Fransa ilə üz-üzə gəlib.

Rəqibinə 0:4 hesabı ilə uduzan yığma Avropa Oyunlarını medalsız başa vurub.

12:42

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarında ilk görüşünü 1/16 finalda Çexiyaya qarşı keçirib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/8 finalda Fransa seçməsinə rəqib olub.

Geri qayıt