Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Felipe Santos İsrailin "Makkabi" (Hayfa) komandasına keçib.
"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən uğurla keçən braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Sözləşmənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Felipe Santos ötən ilin yayından “Qəbələ”nin formasını geyinirdi.