Qelebə.az / PSJ rəhbərliyi Mbappenin klubu aldatdığını bildirib

PSJ rəhbərliyi Mbappenin klubu aldatdığını bildirib

5-07-2023, 04:30

PSJ futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.

APA xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.

Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunur ki, PSJ bossları fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib.

Həmin vaxt 3 illik müqavilədə israrlı olmayıblar.

"Marca"nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib.

Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

Geri qayıt