Qelebə.az / Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

23-09-2022, 08:39

Fransanın futbol üzrə millisinin hücumçusu Olivye Jiru Millətlər Liqasında Avstriya yığması ilə matçda (2:0) qol vurub və bir məhsuldar ötürmə edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

“Milan”ın hücumçusu Fransa millisinin tarixində ən yaşlı bombardir olub. Hazırda onun 35 yaşı (və 357 gün) var.

Əlavə olaraq qeyd edək ki, Jirunun Fransa komandasının tarixində bombardirlər siyahısında Tyeri Anriyə çatmaq üçün iki qolu qalıb.

Geri qayıt