Qelebə.az / "Araz-Naxçıvan"ın baş məşqçisi: “Riqa” ilə qarşılaşmağı heç istəmirdik"

"Araz-Naxçıvan"ın baş məşqçisi: “Riqa” ilə qarşılaşmağı heç istəmirdik"

5-07-2023, 17:35

“Püşkdən əvvəl potensial rəqiblərimizi dəyərləndirən zaman, “Riqa” ilə qarşılaşmağı heç istəmirdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasının püşkü barədə danışarkən deyib.

Mütəxəssis Latviya çempionunun daha səviyyəli legionerlərlə gücləndiyini söyləyib: "Üstəlik, onlar qrup oyunlarına evsahibliyi edəcəklər. Heyətdən əlavə, meydan amili də “Riqa”nın xeyrinə işləyəcək. Türkiyə çempionu qrupumuzun autsayderidir desək, bəlkə də yanılmarıq. Reytinq də bunu göstərir. Onlarda futzal hələ yeni-yeni inkişaf mərhələsinə qədəm qoyub. Almaniya klubları haqqında isə konkret fikir yürütmək olmur. Bunlar ilkin təəssüratlardır".

Borisov rəqiblər barədə geniş məlumat öyrənməyə çalışacaqlarını vurğulayıb: "İstənilən halda, komandanın qarşısına konkret tapşırıq qoyulub: 16 ən güclü komanda arasında yer almalıyıq. Bunun üçün də rəqibin kimliyindən asılı olmayaraq, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Əlbəttə, yaxşı hazrılıq keçməli, heyətimizi komplektləşdirməliyik. Transferlərlə bağlı çalışmalarımız davam edir. Hazırlığa başlayana qədər nəzərdə tutduğumuz oyunçularla anlaşmağa çalışacağıq. Komanda iyulun 17-dən məşqlərə başlayacaq”.

Qeyd edək ki, mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.

Geri qayıt