Qelebə.az / “Real Madrid" Arda Güləri transfer etdiyini açıqlayıb

“Real Madrid" Arda Güləri transfer etdiyini açıqlayıb

6-07-2023, 17:24

“Real Madrid" türkiyəli futbolçu Arda Güləri transfer etdiyini açıqlayıb.

APA NTV-yə istinadən xəbər verir ki, 18 yaşlı Arda Gülər “Real”a “Fenerbahçe” komandasından transfer olunub.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Arda Gülər ​2014-2019-cu illərdə ​“Gənclərbirliyi” klubunun akademiyasında yetişib, daha sonra “Fenerbahçe” klubuna keçib.

O, Türkiyə millisinin də üzvüdür.

Geri qayıt