Qelebə.az / "Real Madrid" Arda Gülerlə müqavilə imzalayıb

"Real Madrid" Arda Gülerlə müqavilə imzalayıb

7-07-2023, 14:03

İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülerlə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi 6 illik sözləşməyə qol çəkib. Türkiyəli oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə "Fənərbağça"dan transfer olunub.

Geri qayıt