Qelebə.az / "Qəbələ"nin sabiq futbolçusu atasının baş məşqçi olduğu klubda işə başlayıb

"Qəbələ"nin sabiq futbolçusu atasının baş məşqçi olduğu klubda işə başlayıb

11-07-2023, 10:38

"Qəbələ" klubunun ukraynalı sabiq futbolçusu Vitali Vernidub məşqçiliyə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, 36 yaşlı sabiq müdafiəçi ölkəsində atasının baş məşqçi olduğu "Krivbass"da işləyəcək.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Vitali Vernidub 2015-2018-ci illərdə "Qəbələ"nin formasını geyinib. Son olaraq "Krivbass"da çıxış edən sabiq oyunçu iyulun 4-də karyerasını başa vurmuşdu.

Geri qayıt