Qelebə.az / Çempionlar Liqası: I təsnifat mərhələsində ilk oyunlara yekun vurulub

Çempionlar Liqası: I təsnifat mərhələsində ilk oyunlara yekun vurulub

13-07-2023, 00:31

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

Günün ilk matçı Qazaxıstanda "Astana" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandası arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Slovakiyada "Slovan" və Lüksemburqun "Svift Hesperange" klublarının iştirakı ilə oynanılan günün son dueli də eyni hesabla başa çatıb - 1:1.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) - 1:1
Qollar:
Abat Aymbetov, 11 - Qabriel Siqua, 57

20:00. HIK (Finlandiya) - "Larne" (Şimali İrlandiya) - 1:0
Qol:
Boyan Raduloviç, 3 (penalti)

21:00. "Haken" (İsveç) - TNS (Uels) - 3:1
Qollar:
İbrahim Sadiq, 7. Mikkel Rüqor, 13. Even Hovland, 37 - Deklan Makmanus, 32

21:30. "Farul" (Rumıniya) - "Şerif" (Moldova) - 1:0
Qol:
David Kiki, 56

22:30. "Slovan" (Slovakiya) - "Svift Hesperange" (Lüksemburq) - 1:1
Qollar:
Vladimir Vayss, 25 - Dominik Ştolts, 22 (penalti)
Qırmızı vərəqə: Yuray Kutska, 45+6 ("Slovan")

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.

Geri qayıt