Qelebə.az / AFFA İntizam Məcəlləsində dəyişikliklər edilib

AFFA İntizam Məcəlləsində dəyişikliklər edilib

13-07-2023, 15:56

AFFA İntizam Komitəsinin (İK) İntizam Məcəlləsində dəyişikliklər edilib.

Bu barədə "Report"a İK-nin sədri Erkin Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, İntizam Məcəlləsi 2023/2024 mövsümü üçün tam hazırdır: "Çap variantı yaxın günlərdə işıq üzü görəcək. Məcəllədə bir çox sanksiya və cəza dəyişdiirlib. Klublar yeni versiya ilə AFFA-nın "Nəşrlər" və "Hüquqi normativ sənədlər" bölməsindən yaxından tanış ola bilərlər. Bu, olduqca vacibdir".

E.Hüseynov bildirib ki, 2023/2024 futbol mövsümü 107 maddədən ibarət məcəllə ilə tənzimlənəcək.

Yeni İntizam Məcəlləsi ilə buradan tanış olmaq olar.

Geri qayıt