Qelebə.az / Konfrans Liqası: Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynayıb - YENİLƏNİB

Konfrans Liqası: Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynayıb - YENİLƏNİB

13-07-2023, 20:52

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.

Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.

20:16

Albaniya "Eqnatiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanda "Ararat-Armenia" klubuna qarşı UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 59-cu dəqiqədə şans qazanıb.

O, Gutis Paulauskası əvəzləyib.

Qeyd edək ki, "Eqnatiya" hazırda 0:1 hesabı ilə uduzur.

Geri qayıt