Qelebə.az / "Neftçi" Adrian Mutunun köməkçilərini açıqlayıb

"Neftçi" Adrian Mutunun köməkçilərini açıqlayıb

14-07-2023, 17:31

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

"Ağ-qaralar"dan "Report"a verilən məlumata görə, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Mütəxəssislərin hər biri ilə 2 illik müqavilə imzalanıb.

Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. Paytaxt təmsilçisi bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də Adrian Mutu ilə birlikdə çalışıb.

Geri qayıt