Qelebə.az / "Kəpəz" komandasının təlim-məşq toplanışı Bakıda olacaq

"Kəpəz" komandasının təlim-məşq toplanışı Bakıda olacaq

15-07-2023, 10:30

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasına hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.

Gəncə təmsilçisindən "Report"a verilən məlumata görə, "sarı-göylər" iyulun 28-dək paytaxtda qalacaq.

Təlim-məşq toplanışı "Dalğa Arena"da gerçəkləşəcək. Komanda bu gün iki məşqə çıxacaq.

Dünən "Zirə" ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.

Geri qayıt