Qelebə.az / "Sumqayıt" klubunda yeni təyinat olub

"Sumqayıt" klubunda yeni təyinat olub

17-07-2023, 13:37

“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

"Gənclik şəhəri" təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, adıçəkilən vəzifə Zaur Xudiyevə həvalə olunub.

Qeyd edək ki, son iş yeri “QELEBE.AZ” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə “Oxu.az”, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.

Zaur Xudiyev
Zaur Xudiyev
Geri qayıt