Qelebə.az / "Mançester Siti"nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

"Mançester Siti"nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

17-07-2023, 17:10

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 32 yaşlı yarımmüdafiəçi "Əl-Əhli" ilə anlaşıb. Əlcəzairli oyunçu ilə 3 illik müqavilə imzalanacaq. O, yeni klubunda mövsüm ərzində 30 milyon avro qazanacaq.

Qeyd edək ki, Riyad Mahrez 2022/2023 mövsümündə "şəhərlilər"in heyətində 47 oyuna çıxıb, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt