Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna Premyer Liqasında çıxış edəcək

Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna Premyer Liqasında çıxış edəcək

20-07-2023, 10:14

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.

“Report” xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi “Obolon”la anlaşıb.

Nağıyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Oyunçu “Obolon”da 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan Dmitri Nağıyev 2021-2022-ci illərdə Azərbaycanda “Sumqayıt”ın formasını geyinib. Onun sonuncu komandası Ukraynanın birinci liqa təmsilçisi “İnqulets” olub.

Geri qayıt