Qelebə.az / RFŞ - “Sabah” matçının təyinatları açıqlanıb

RFŞ - “Sabah” matçının təyinatları açıqlanıb

21-07-2023, 15:54

“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya RFŞ-i ilə keçirəcəyi ilk oyunun təyinatları müəyyənləşib.

“Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

İyulun 26-dakı qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək olacaqlar. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.

Qeyd edək ki, RFŞ – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.

Geri qayıt