Qelebə.az / "Sabah" bu gün avrokuboklarda debüt edəcək

"Sabah" bu gün avrokuboklarda debüt edəcək

26-07-2023, 07:40

Bu gün Azərbaycan təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

"QELEBE.AZ" xəbər verir ki, ilk olaraq meydana "Sabah" komandası çıxacaq.

Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFŞ-in qonağı olacaq və paytaxt təmsilçisi avrokuboklarda debüt edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü çexiyalı FIFA referisi Yan Maxalek idarə edəcək. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq

26 iyul

UEFA Konfrans Liqası

RFŞ (Latviya) - "Sabah" (Azərbaycan)

Baş hakim: Yan Maxalek (Çexiya)

Yurmala. Sloka stadionu

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.

Geri qayıt