Qelebə.az / “Araz-Naxçıvan”da yeni təyinatlar gerçəkləşib

“Araz-Naxçıvan”da yeni təyinatlar gerçəkləşib

27-07-2023, 15:48

“Araz-Naxçıvan” klubunda yeni təyinatlar gerçəkləşib.

“Report” Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 və U-19 yığmalarının baş məşqçiləri müəyyənləşib.

Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.

Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Geri qayıt