Qelebə.az / Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

25-09-2022, 20:39

Qazaxıstan yığması Bakıda Azərbaycan seçməsinə qarşı keçirdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşmanın 35-ci dəqiqəsində Nuralı Alip ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 

Müdafiəçi ilk olaraq Renat Dadaşova qarşı kobudluq edib. Alib daha sonra Eddi İsrafilovu itələdiyi üçün meydandan qovulub. 

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev məsələyə müdaxilə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.

Geri qayıt