Qelebə.az / Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açıb

Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açıb

28-07-2023, 22:25

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın "Arda" komandasında qol hesabını açıb.

"Report"un məlumatına görə, 20 yaşlı müdafiəçi yerli "Etar"la yoldaşlıq oyununda fərqlənib.

21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.

Qeyd edək ki, qarşılaşma "Arda" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Geri qayıt