Qelebə.az / "Beşiktaş" xorvatiyalı hücumçunun keçidini açıqlayıb

"Beşiktaş" xorvatiyalı hücumçunun keçidini açıqlayıb

31-07-2023, 15:05

Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" Xorvatiya millisinin və İtaliya "Milan"ının hücumçusu Ante Rebiçi heyətinə qatıb.

"Beşiktaş" 30 yaşlı oyunçunun keçidi üçün Milan təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Qeyd edək ki, 2019-cu ildən "Milan"da çıxış edən Ante Rebiç 43 dəfə Xorvatiya yığmasının formasını geyinib.

Geri qayıt