Qelebə.az / Azərbaycan millisinin sabiq baş məşqçisinin yeni iş yeri müəyyənləşib

Azərbaycan millisinin sabiq baş məşqçisinin yeni iş yeri müəyyənləşib

2-08-2023, 09:40

Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.

“QELEBE.AZ”un əldə etdiyi məlumata görə, braziliyalı mütəxəssis Çexiyanın “Era-Pak” klubunu çalışdıracaq.

Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 54 yaşlı məşqçi paralel olaraq yığmanın baza klubu sayılan “Araz-Naxçıvan”ı da çalışdırıb.

Geri qayıt