Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.
"Report"un məlumatına görə, 5-ci dəqiqədə Roman Bezus meydan sahiblərini hesabda önə keçirib.
Kiprdə "Omoniya" və "Qəbələ" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Report"un məlumatına görə, Nikosiyadakı "GSP Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qeyd edək ki, Qəbələdəki ilk oyunda qonaqlar 3:2 hesablı qələbə qazanıblar.
Kiprdə "Omoniya" ilə "Qəbələ" arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri müəyyənləşib.
"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus
Baş məşqçi: Sofronis Avqusti
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya
Baş məşqçi: Elmar Baxşıyev
Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.