“Qəbələ” Avropa kuboklarında mübarizəni dayandırıb.
QELEBE.AZ-ın məlumatına görə, komanda Konfrans Liqasında “Omoniya”ya uduzub.
II təsnifat mərhələsinin ilk matçında Qəbələdə məğlub olan meydan sahibləri səfərdə də eyni aqibəti yaşayıblar. Kipr təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. İlk görüşdə “het-trik” edən ukraynalı Roman Bezus bu dəfə iki dəfə fərqlənib.